"Espanyol"un futbolçusu Pablo Piatti karyerasını ABŞ-da davam etdirəcək. Matc.az xəbər verir ki, 30 yaşlı hücumçu "Toronto" klubuna keçib.
 
Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Piatti mövsümün sonuna qədər "Toronto"nun şərəfini qoruyacaq. Hücumçu yeni komandasında 7 nömrəli formada mübarizə aparacaq.
 
Karyerası ərzində "Estudiantes", "Valensiya" və "Espanyol"un şərəfini qoruyan Piatti, bir dəfə də Argentina yığmasının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest