Futbol üzrə Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
"Şalke" – "Paderborn" və "Volfsburq" – "Fortuna" oyunlarında qalib müəyyənləşməyib. "Frayburq" "Hoffenhaym"ı məğlub yola salıb. "Herta" evdə "Maynts"a, "Verder" "Yunion"a məğlub olub.
 
Dortmund "Borussiya"sı isə bu turda "Bayer" səfərinə yollanıb. Yeddi qolun qeydə alındığı bu matç dortmundluların məğlubiyyəti ilə başa çatıb.
 
Almaniya Bundesliqası
21-ci tur
7 fevral
 
Ayntraxt – Auqsburq 5:0
Qol: çandler, 37; 48. A.Silva, 55. Kostiç, 89; 90.
 
8 fevral
 
Frayburq – Hoffenhaym 1:0
Qol: Valdşmit, 40-pen.
 
Herta – Maynts 1:3
Qol: Boyata, 84 – Kayson, 17; 82; 90+4-pen.
 
Şalke – Paderborn 1:1
Qol: Kutucu, 63 – Qyasula, 81.
 
Verder – Yunion 0:2
Qol: Bulter, 52; 72.
 
Volfsburq – Fortuna 1:1
Qol: Steffen, 50 – Zimmermann, 13.
 
Bayer – Borussiya (Dortmund) 4:3
Qol: Volland, 20; 43. Beyli, 81. Bender, 82 – Hummels, 2. E.Can, 33. Gerrero, 65.
 
9 fevral
 
18:30 Borussiya (Münhenqladbax) – Köln
21:00 Bavariya – Leyptsiq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest