"Bilmirəm. Bu suala məşqçi cavab verə bilər. Mənlik deyil. Matça gəlincə, yaxşı oynadıq və mübarizə apardıq"

"Uzun müddətdir ki, meydana çıxmırdım. Həyəcan yox idi. Qələbə qazanmaq istəyirdik". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin qapıçısı Aqil Məmmədov Premyer Liqanın XVI turunda "Qarabağ"la qolsuz bərabərə qaldıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 
 
31 yaşlı qolkiper "qapıçı mövqeyindəki dəyişiklik nə ilə bağlı idi" sualına belə cavab verib: "Bilmirəm. Bu suala məşqçi cavab verə bilər. Mənlik deyil. Matça gəlincə, yaxşı oynadıq və mübarizə apardıq. Amma qələbə topu çatmadı. Azarkeşlərə də təşəkkür edirik. Baş məşqçi Füzuli Məmmədova təşəkkür edirəm ki, uzun fasilədən sonra mənə şans verdi, oynadım". 
 
Məmmədov Ağdam təmsilçisi ilə görüşə qələbə üçün çıxdıqlarını vurğulayıb: "Futbolçular da əzmkar oyun sərgilədilər. Qələbə çatmadı. Biz 3 xal üçün gəlmişdik".
 
O vurğulayıb ki, sabiq baş məşqçi Roberto Bordinin gedişindən sonra komandada canlanma var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest