Futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində bu gün keçirilməsi planlaşdırılan "Mançester Siti" – "Vest Hem" oyunu təxirə salınıb. Matc.az xəbər verir ki, buna əlverişsiz hava şəraitinin hökm sürməsi səbəb olub. Bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb. Oyunun nə vaxta təxirə salındığı açıqlanmayıb.
 
Avropada hökm sürən fırtına və qarlı hava səbəbiylə bu gün keçirilməsi planlaşdırılan Almaniya Bundesliqasında "Borussiya" (Münhenqladbax) – "Köln" oyunu, həmçinin Niderland və Belçika çempionatlarının da bəzi təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest