Futbol üzrə Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, bazar günü üç qarşılaşma baş tutub.
 
Lider "Sivasspor" doğma azarkeşləri qarşısında ən yaxın izləyicisi "Başakşəhər"lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib. Dörd qolun qeydə alındığı "Kayserispor" - "Antalyaspor" matçı da heç-heçə yekunlaşıb.
 
"Qalatasaray" isə "Kasımpaşa" ilə qarşılaşıb. İstanbul təmsilçisi səfərdə darmadağına sevinib.
 
Türkiyə Super Liqası
21-ci tur
7 fevral
 
Yeni Malatyaspor – Ankaragücü 0:1
Qol: Orgill, 66.
 
8 fevral
 
Konyaspor – Dənizlispor 0:0
 
Beşiktaş – Qaziantep 3:0
Qol: B.Yılmaz, 52-pen. Boatenq, 70. Lens, 90+4.
 
Gənclərbirliyi – Trabzonspor 0:2
Qol: Sosa, 79-pen. Nvakaeme, 83.
 
Fənərbaxça – Alanyaspor 1:1
Qol: Kruse, 52-pen – Sisse, 29-pen.
 
9 fevral
 
Kayserispor – Antalyaspor 2:2
Qol: Mensah, 41-pen. P.Enrike, 46 – S.Gümüş, 45+1-pen. Fredi, 83.
 
Sivasspor – Başakşəhər 1:1
Qol: Yatabare, 80 – D.Ba, 66.
 
Kasımpaşa – Qalatasaray 0:3
Qol: Meriah, 7-öz qapısına. A.Büyük, 22-pen; 41.
 
10 fevral
 
Göztəpə – Rizəspor matçı təxirə salınıb

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest