"Səbail"dən ayrılan Elvin Yunuszadənin yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü  karyerasını Bosniya və Herseqovinada davam etdirəcək.
 
O, bu ökənin yüksək liqa təmsilçisi "çelik"lə mövsümün sonuna qədər müqavilə imzalayıb.
 
Komandanı ötən ildən türkiyəli mütəxəssis ümit özat çalışdırır.
 
Qeyd edək ki, 27 yaşlı müdafiəçi "Neftçi" və "Qarabağ"da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest