Futbol üzrə İtaliya A Seriyasında 23-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
SPAL "Sassuolo"ya uduzub. "Breşiya" – "Udineze" matçında qalib müəyyənləşməyibsə, "Cenoa" "Kalyari"ni məğlub yola salıb.
 
"Napoli" "Leççe" ilə ev oyunundan məğlub ayrılıb. "Latsio" isə "Parma"nı səfərdə minimal hesabla üstələyib.
 
Turun mərkəzi görüşü Milanda keçirilib. Şəhərin "İnter" və "Milan" komandaları münasibətlərinə aydınlıq gətirib. Altı qolun qeydə alındığı matçda qonaq kollektiv 2:0 öndə olmasına baxmayaraq, sonda meydanı məğlub tərk edib.
 
İtaliya A Seriyası
23-cü tur
7 fevral
 
Roma – Bolonya 2:3
Qol: Densvil, 22-öz qapısına. Mxitaryan, 72 – Orsolini, 16. Berrou, 26; 51.
 
8 fevral
 
Fiorentina – Atalanta 1:2
Qol: Kyeza, 32 – Sapata, 49. Malinovski, 72.
 
Torino – Sampdoriya 1:3
Qol: Verdi, 55 – Ramires, 70; 75. Kvalyarella, 79-pen.
 
Verona – Yuventus 2:1
Qol: Borini, 76. Patsini, 85 – Ronaldo, 65.
 
9 fevral
 
SPAL – Sassuolo 1:2
Qol: Bonifazi, 23 – Kaputo, 65-pen. Boqa, 90.
 
Breşiya – Udineze 1:1
Qol: Bisoli, 81 – De Paul, 90+3.
 
Cenoa – Kalyari 1:0
Qol: Pandev, 43.
 
Napoli – Leççe 2:3
Qol: Milik, 48. Kallexon, 90 – Lapadula, 29; 61. Mankosu, 82.
 
Parma – Latsio 0:1
Qol: Kaysedo, 41.
 
İnter – Milan 4:2
Qol: Brozoviç, 51. Vesino, 54. De Vrey, 70. Lukaku, 90+3 – Rebiç, 40. İbrahimoviç, 45+1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest