"Real Madrid"in yarımmüdafiəçisi Qaret Beyl yenidən Premyer Liqaya qayıda bilər. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Tottenhem" uelsli futbolçunu heyətinə cəlb etmək niyyətindədir.

London təmsilçisi növbəti mövsüm üçün daha iddialı komanda  yığmaqda qərarlıdır. Rəhbərliyin ilk planı isə Madid klubunda çıxış edən Beyli "Tottenhem"ə qaytarqmaqdır. Baş məşqçi Joze Mourinyo da 31 yaşlı yarımmüdafiəçinin transfer edilməsinin əleyhinə deyil. "Xoruzlar" hətta yanvarda oyunçunun komandaya keçidini həll etmək istəsə də, tərəflər arasındakı danışıqlar müsbət nəticələnmədi. Bununla belə, London təmsilçisi ulduz futbolçunu yayda heyətinə qatacağı bildirilib.

Qeyd edək ki, Qaret Beyl 2013-cü ildə 100 milyon avro qarşılığında "Tottenhem"dən "Real Madrid"ə transfer olmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest