"Liverpool" un hücumçusu Roberto Firmino karyerasını Almaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
 
Məlumata görə, braziliyalı "Bavariya"nın transfer hədəfindədir. Münhen komandası yay transfer pəncərəsindəki hücum xəttini yeniləmək niyyətindədir. Artıq klub rəhbərliyinin 28 yaşlı hücumçu üçün qarşı tərəfə 75 milyon avro təklif etməyə hazırlaşdığı bildirilir.
 
Firmino bu mövsüm komandası ilə keçirdiyi 36 matçda 10 qol vurub, 12 asist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest