"Qarabağ"ın qapıçısı Hannes Halldorssonun şərəfini qoruduğu İslandiya yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Matç.az saytının məlumatına görə, ada təmsilçisi Qətərlə qarşılaşıb.
2:2 hesabı ilə nəticələnən görüşdə İslandiyanın baş məşqçisi Erik Hamren ehtiyat qüvvəyə də şans verib. Bu üzdən əsas qapıçı Halldorsson oyunu ehtiyat oyunçular skamyasında keçirib.
Omanla Bəhreyn də yoldaşlıq görüşündə üz-üzə gəlib və birincilər qalib gəlib.
Yoldaşlıq görüşləri
20 noyabr
İslandiya – Qətər – 2:2
Əl-Şeb, 29 (avtoqol), Siqtorsson, 56 (pen.) – Haidos, 3, Xuki, 68
Oman – Bəhreyn – 2:1
Əl-Farsi, 56, əl-Yahmadi, 90+1 - əl-Husaini, 68