"Barselona" İspaniyada transfer pəncərəsinin bağlanmasına baxmayaraq, fevral ayında yeni bir  hücumçu ilə anlaşmaq üzrədir. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi "Real Sosyedad"ın forvardı Vilian Jozeni heyətinə qatmaq istəyir.

28 yaşlı oyunçunun müqaviləsində nəzərdə tutulan kompensasiya məbləği 70 milyon avrodur.  "Barselona" rəhbərliyi bu qiymətin azaldımasını tələb edir. Əgər tərəflər razılığa gələ bilsə, həftəsonu oyunçu ilə müqavilə imzalanacaq.

Kataloniya klubu eyni zamanda bu transfer üçün İspaniya Futbol Federasiyasına müraciət edəcək. Qaydalara görə, transfer pəncərəsi bağlandıqdan sonra komanda  zədə səbəbindən hərhansı bir oyunçusunu uzun müddət itirərsə, yeni futbolçu ala bilər. Ancaq bu qərar azad agent olan futbolçular üçün keçərlidir. Luis Suarezin zədəyə görə mövsümü bitirdiyini əsas götürən kataloniyalılar öz tələblərini edəcəklər.

Joze bu mövsüm İspaniya çempionatında 22 matç keçirib və 8 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest