"Beşiktaş"ın sabiq baş məşqçisi Abdullah Avcı karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyət" nəşri məlumat yayıb.

Məlumatda bildirlir ki, AFFA Abdullah Avcı ilə dünən görüş keçirib. Federasiya rəhbəriyi 56 yaşlı mütəxəssisi milli komandamızın başına gətirmək istəyir. Avcı isə hələlik təklifi qəbul etməyib. Onun yaxın günlərdə qərar verecəyi bildirilir.

Abdullah Avcı mövsümə "Beşiktaş"da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanıb. O, 2011-13- cü llərdə Türkiyə millisini çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest