"Qəbələ" heyətinə daha bir futbolçu qatıb. "Qırmızı-qaralar" çilili hücumçu Rodriqo Qattasın keçidini rəsmiləşdirib. matc.az xəbər verir ki, 29 yaşlı cənubi amerikalı ilə 1,5 illik müqavilə imzalanıb.
 
"Union Espanyola" klubunun yetirməsi olan forvard peşəkar karyerasına da bu komandada başlayıb. 2009-2013-cü illərdə adıçəkilən klubun üzvü olan Rodriqo sonradan vətənində "Union La Kalera" (2013-2014), "Kobreloa" (2014-2015), "Kobresal" (2015), "Santyaqo Morninq" (2016), "Reyncers" (2018) və "Santa Kruz"da (2019) çıxış edib.
 
Legioner həyatında Fələstinin "Hilal Əl-Qüds" (2016-2017), Uruqvayın "Serro" (2017) klublarında oynamış Qattasın son komandası ötən il şərəfini qoruduğu Kanada təmsilçisi "York9" olub. Rodriqo çili yığmasının da formasını geyinib. O, 2009-cu ildə ölkəsinin U-20 milli komandasında bir matça çıxıb

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest