Keçmiş futbolçu Daniele De Rossi İtaliya mətbuatına verdiyi müsahibədə "Roma"dan sonra "Boka Xuniors"a getməyə qərar verməsinin səbəbləri barədə danışıb. Matc.az xəbər verir ki, o, Argentinada oynamağın özü üçün xəyal olduğunu vurğulayıb:

"Roma"dan ayrılandan sonra A Seriyası klublarından bir neçə təklif var idi. Amma İtaliyada doğma komandamdan başqa bir  klubun formasını  geyinmək istəmirdim. "Roma" ilə gözəl keçən bir tarixi korlamaq olmazdı. "Boka" isə mənim üçün həmişə əsl xəyal, hiss idi. Ona görə də orada keçirdiyim hər günü xoşbəxt yaşayırdım".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest