"Bilirsiniz ki, İcraiyyə Komitəsinin əvvəlki iclasında milli komandanı çalışdırmaq üçün nəzərdə tutulan namizədlərin siyahısı təqdim olunmuşdu. Artıq bu mövzüda yekun mərhələyə gəlinir"

Bu sözləri AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri  Firuz Abdulla Matc.az-a verdiyi açıqlamasında deyib. Qrum rəsmisi Abdullah Avcı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

 "Sözügedən siyahıda Abdullah Avcının da adı var. Lakin AFFA rəsmilərinin Avcı ilə görüşdüyü və ya hərhansı bir şəkildə onunla təmasa keçdiyi yönündə çıxan xəbərlər həqiqəti əks etdirmir. Federasiyadan heç kim Abdulah Avcı ilə görüşməyib".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest