Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə "Atletik" doğma meydanda "Qranada" ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda minimal hesabla üstün olublar.
Digər yarımfinal görüşü "Real Sosyedad"la "Mirandes" arasında baş tutacaq.
Yarımfinalın cavab qarşılaşmaları martın 4-5-də keçiriləcək.
İspaniya kuboku, Yarımfinalın ilk oyunları
12 fevral
Atletik – Qranada 1:0
Qol: Muniain, 42.
13 fevral
00:00. Real Sosyedad - Mirandes