"Yenilənmiş komandamız ilk oyununa çıxırdı. Bu səbəbdən qarşılaşma bizim üçün böyük önəm kəsb edirdi". Matç.az saytının məlumatına görə, bunu Bosniya və Herseqovinanın U-21 komandasının üzvü Petar Boyo deyib.

20 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında Azərbaycan yığması ilə keçirilən yoxlama görüşünü dəyərləndirib. U-21-in heyətində debüt edən Boyo qələbəyə layiq mübarizə apardıqlarını söyləyib: "Hamımız maksimum gücümüzü ortaya qoyduq və layiqli qələbə qazandıq. Azərbaycan da qalib gəlmək istəyirdi. Amma biz onlardan güclü idik. Komandada futbolçular arasında yardımlaşma yüksək səviyyədə idi. Ən əsası, qələbə və oyunla göstərdik ki, böyük potensialımız var".

Qeyd edək ki, Zenitsa şəhərində keçirilən qarşılaşmada millimiz 0:2 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest