"Everton" və "Fənərbaxça"nın sabiq futbolçusu Jozef Yobo məşqçiliyə başlayıb.
 
Matc.az xəbər verir ki, 39 yaşlı keçmiş müdafiəçi Nigeriya milli komandasının məşqçilər heyətində yer alacaq. Bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Karyerası ərzində "Marsel", "Everton", "Fənərbaxça" kimi klublarda çıxış edən Yobo, yüz dəfə də Nİgeriya yığmasının formasını geyinib. Keçmiş müdafiəçi 2015-ci ildə karyerasını bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest