"Ayaks"ın ulduz futbolçusu Hakim Ziyexin "çelsi"yə transferi rəsmiləşib. Matc.az xəbər verir ki, Niderland və İngiltərə klubları bu transferlə bağlı razılığa gəldiklərini rəsmi saytları vasitəsilə bəyan ediblər.
 
26 yaşlı yarımmüdafiəçi "çelsi"yə yayda qoşulacaq. O vaxta qədər isə mərakeşli futbolçu "Ayaks"ın uğurları üçün çalışmağa davam edəcək.
 
London təmsilçisi "Ayaks"ın ötən mövsüm UEFA çempionlar Liqasının yarımfinala qədər irəliləməsində əsas pay sahiblərindən biri olan Ziyexin transferi üçün 44 milyon avrosundan keçib.
 
Qeyd edək ki, "çelsi"nin baş məşqçisi Frank Lempard bu transferin qış transfer pəncərəsi dövründə həllini istəyirmiş. Lakin tərəflər razılığa gələ bilmədiyi üçün Ziyex "Ayaks"da qalıb.
 
Ziyex 2016-cı ilin yayında "Tvente"dən "Ayaks"a 11 milyon avroya transfer olunub. O, bu komandanın heyətində 159 oyuna çıxıb, 48 qola imza atıb, 82 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest