"Milan" qış fasiləsində bir neçə futbolçunu transfer etməyi planlaşdırır. Matç.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, onlardan biri də "San-Paulo"nun müdafiəçisi Rodriqo Kayudu.

25 yaşlı oyunçunun meneceri bu məqsədlə İtaliyaya yollanıb və "rossonyerlər"in idman direktoru Leonardo ilə görüşüb. Braziliya millisinin üzvünün transfer qiyməti 10 milyon avro dəyərindədi.

Bundan başqa, "Zenit"in yarımmüdafiəçisi Leandro Paredes və "Barselona"nın orta sahə oyunçusu Denis Suares də "Milan"ın maraq dairəsindədi. İtalyanlar ilk olaraq Paredesin keçidini həll etməyə çalışacaq. Klub qarşı tərəfə 25-30 milyon avroya transfer etmək şərti ilə icarə təklifi göndərəcək.

Əgər "Zenit"lə danışıq müsbət nəticələnməsə, o zaman Suares üçün "Barselona"nın "qapısı döyüləcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest