Futbol üzrə İran çempionatında 20-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor"la "Maşinsazi" də növbəti matçına çıxıb.
 
"Traktorçular" doğma meydanda "Saypa" ilə qarşılaşıb və qələbə qazanıb – 3:1.
 
Təbrizin digər təmsilçisi "Maşinsazi" isə səfərdə "Şahin Buşəhr"lə üz-üzə gəlib və bu oyundan məğlub ayrılıb - 1:3.
 
"Traktor" hazırda 37 xalla 16 kollektiv arasında 2-ci, "Maşinsazi" isə 24 xalla 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest