"Liverpul"un baş məşqçisi Yurgen Klopp  yenidən çempionlar Liqasını qazana biləcəyi ilə bağlı suala cavab verib. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis hazırda bu barədə düşünmədiklərini bildirib:

"çempionlar Liqasında nə qədər irəliləyəcəyimizi bilə bilmərik, bu günə qədər bu barədə düşünməmişik. İndi yalnız diqqətimizi çərşənbə axşamı "Atletiko"ya qarşı keçiriləcək oyuna yönəltməliyik. Yenidən çempionlar Liqasını qazana biləcəyimiz barədə bir fikrim yoxdur, amma buna hazır olmalıyıq. Biz keçən il göstərdik ki, ən yaxşını belə məğlub edə bilərik. Düzdür, bu, qalib gələcəyimizi ifadə etməsə də, bunu bacara biləcəyimizi göstərir".

Qeyd edək ki, "Liverpul" çL-nin 1/16 final mərhələsində "Atletiko" ilə qarşılaşacaq.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest