"Barselona"nın futbolçusu Jordi Alba sıradan çıxıb. Matc.az xəbər verir ki, 30 yaşlı müdafiəçi La Liqanın 24-cü turunun "Xetafe" ilə matçında (2:1) zədələnib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Alba, qarşılaşmanın 22-ci dəqiqəsində Junior Firpoyla əvəzlənib.
 
Albanın son durumu tibbi müayinədən sonra bilinəcək. İspaniya mətbuatının xəbərinə görə ispan müdafiəçi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest