AFFA "Zirə"nin kapitanı Cavid Hüseynov barədə sərt qərar qəbul edib. Matc.az xəbər verir ki, qurumun İntizam Komitəsi futbolçuya 4 oyun cəza verib.
 
Qərarda bildirilir ki, Premyer Liqanın 17-cu turunun "Zirə" – "Qarabağ" oyununun 67-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Cavid Hüseynov hakimi təhqir edərək birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən o, 4 oyun cəzalanmaqla yanaşı, klubu 3200 manat cərimə olunub.
 
Bundan başqa, Premyer Liqanın 17-ci turunun "Səbail" – "Qəbələ" oyununda qonaq komandanın futbolçusu Fernan Lopez ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 
"Neftçi" – "Keşlə" oyununda  meydan sahiblərinin 5, "Sumqayıt" – "Sabah" görüşündə isə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün  klublar 800 manat cərimə olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest