"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın qardaşı Matias Poqba fransalı futbolçunun gələcək karyerası ilə bağlı danışıb. Matc.az xəbər verir ki, Matias onun Mançester təmsilçisindən ayrılmaq istədiyini bildirib:

"Hər kəs Polun "Mançester Yunayted"dən ayrılmaq istədiyini bilir. O, çempionlar Liqasında oynamaq və titul qazanmaq istəyir. Amma hazırkı komandasında bu olmayacaq. Yayda nə olacağını bir yerdə görəcəyik".

Daha öncə isə Poqbanın meneceri Mino Raiola oyunçusunun "Yuventus"a qayıtmağa hazır olduğunu bildirmişdi.

Qeyd edək ki, 26 yaşlı fransalı futbolçunun klubu ilə 2021-ci ilin yayına qədər müqaviləsi var

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest