"Mançester Yunayted"in fransalı futbolçusu Pol Poqba İspaniyaya yollana bilər. Matc.az xəbər verir ki, "Real Madrid" oyunçunun xidmətində maraqlıdır.

Futbolçu ilə maraqlanan Madrid təmsilçisi fransalı üçün 60 milyon avro təklif edib. Bildirilir ki, "kral klubu" qarşı tərəfə bundan artıq ödəmək istəmir. "Mançester Yunayted" isə oyunçusunu bu qiymətə satmaq niyyətində deyil.

Poqbanın adı "Yuventus"la da hallanır. Ancaq italiyalıların da təklifinin yüksək olacağı gözlənilmir. Buna səbəb, Poqbanın bir il sonra klubu ilə olan müqaviləsinin başa çatacaq olmasıdır. Mançester təmsilçisi isə oyunçuya 140 milyon avro qiymət təyin edib.

Qeyd edək ki, fransalı cari mövsümdə İngiltərə Premyer Liqasında komandası ilə 7 oyun keçirib və iki assist edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest