"Qalatasaray" Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində "Fənərbaxça"ya qarşı keçirəcəyi derbiyə hazırlığı davam etdirir. Matc.az xəbər verir ki, bu vacib qarşılaşma öncəsi "sarı-qırmızılar"ın zədəlilərindən biri – Marselo Saraççi sıraya dönüb.
 
Klubdan verilən məlumata görə, uruqvaylı futbolçu artıq komanda ilə birgə məşq edir. Onun derbidə oynaması məşqçilərin verəcəyi qərardan asılıdı.
 
Xatırladaq ki, Almaniyanın "Leyptsiq" klubundan icarəyə götürülən Saraççi, "Qalatasaray"a gələndən sonra iki dəfə zədələnib. İstanbul nəhənginin digər legioneri, "Yeni Malatyaspor"la oyunda sıradan çıxan Mario Lemina isə hazırda müalicəsini davam etdirir və derbini buraxacağı dəqiqdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest