Kanadanın "Monreal İmpakt" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, MLS təmsilçisi İngiltərə və Şotlandiya vətəndaşlığına malik müdafiəçi Luis Binksi transfer edib.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Lakin 18 yaşlı futbolçu ilə müqavilənin detalları barədə açıqlama verilmir.
 
Mərkəz müdafiəçisi olan Binks "Tottenhem"in yetirməsidi. O, bu mövsüm London klubunun gənclərdən ibarət komandasında 24 oyun keçirib, 1 qola imza atmışdı.
 
"Monreal İmpakt"ı Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest