çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçında "Tottenhem" evdə "Leyptsiq"ə məğlub olub (0:1). Matc.az xəbər verir ki, bu nəticə London təmsilçisinin növbəti tur şansını çətinə salmaqla yanaşı, Joze Mourinyo üçün də uğursuz seriyanın davamı olub.

Belə ki, portuqaliyalının sön dövrlərdəki pley-off performansı ürəkaçan deyil. O, 2013-14 mövsümündə "çelsi"ni çalışdırarkən çL-in yarımfinal mərhələsində iki oyunun nəticəsinə görə "Atletiko"ya uduzaraq (0:0, 1:3), mübarizəni dayandırırb. Növbəti mövsümün 1/8 final mərhələsində isə PSJ ilə bacarmayıb (1:1, 2:2). 58 yaşlı mütəxəssis 2017-18 mövsümündə "Mançester Yunayted"lə qrupdan çıxsa da, "Sevilya" səddini keçə bilməyib (0:0, 1:2).

Dünən isə "Tottenhem"in evdə "Leyptsiq"ə uduzması (0:1) Jozenin pley-offdakı qələbə həsrətini 7 matça çıxarıb. Təcrübəli mütəxəssis pley-offlardakı son 7 qarşılaşmada 4 heç-heçə, 3 məğlubiyyət alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest