"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubun aldığı cəzanı şərh edib. Matc.az xəbər verir ki, o, komandanı tərk etməyəcəyini bildirib:

"Klub cəzanın ədalətsiz qərar olduğunu düşünür. Buna görə də müraciət edib, gözləyəcəyik. Rəhbərliyin işinə tam etibar edirəm. Mənə hər şeyi izah etdilər. Hər matçda olduğu kimi, burada da mübarizə aparacağıq. Ədalətin hökm sürəcəyini düşünürük. Nikbinik və növbəti mövsüm çempionlar Liqasında olacağımızı düşünürük. Məni qovmasalar, yüz faiz qalacağam. Bu, müqavilədən daha çox xüsusi bir şeydir. Artıq demişəm və təkrar edirəm ki, klubu mümkün qədər uzun müddət bu səviyyədə saxlamaq istəyirəm. İkinci liqaya düşsək də, buradayam. Niyə ayrılım ki? Nə olursa olsun, gələn mövsüm də komandada olacam".

Qeyd edək ki, UEFA Mançester təmsilçisini iki il müddətinə avrokuboklardan qovub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest