Milli komandaların FİFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, 2020-ci ilin ilk cədvəlində ciddi dəyişikliklər olmayıb.

Azərbaycan millisi 2020-ci ildə heçbir oyun keçirmədiyi üçün mövqeyi dəyişməz qalıb. Yığmamız 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, cədvəldə Belçika 1765 xalla 1-ci, Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cü pillədədir. Türkiyə millisi isə 1494 xalla 29-cudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest