"Tottenhem" çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Leyptsiq"ə uduzub. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 0:1 hesabıyla bitən görüş London təmsilçisinin baş məşqçisi Joze Mourinyo üçün əlamətdar olub.
 
Belə ki, "Leyptsiq"lə matç portuqaliyalı mütəxəssisin çempionlar Liqası tarixindəki 150-ci oyunu olub. Mourinyo bununla da çL tarixində ən çox oyun keçirən 4-cü baş məşqçi olub. Mourinyo 150 matçın 81-də qələbə qazanıb.
 
çempionlar Liqası tarixində baş məşqçi kimi ən çox oyun keçirən "Mançester Yunayted"in sabiq çalışdırıcısı Aleks Ferqyusondur.
 
Mourinyo "Tottenhem"dən əvvəl "Portu", "çelsi", "Real", "İnter" və "Mançester Yunayted"lə çL-də iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest