Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
 
Matc.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayıb.
 
İkinci yarış gününə çəkisi 73 kq-a qədər olan kişilər start veriblər. çempionun adına yalnız son yanaşmalarda aydınlıq gəlib. Toplam 268 kq (123+145) nəticə ilə Kənan Xəlilov qızıl medala layiq görülüb. İkinci pilləni toplam 262 kq (120+142) nəticə ilə Elşad Şərifov, üçüncü pilləni isə toplam 255 kq (110+145) nəticə ilə Samir Əskərzadə tutub.
 
Növbəti qaliblər çəkisi 81 kq-a qədər olan kişilər arasında müəyyən edilib. Toplam 273 kq (123+150) nəticə ilə Füqan Əliyev rəqiblərindən daha yaxşı çıxış edərək çempiona adını qazanıb. İkinci pillədə toplam 269 kq (118+151) nəticə ilə Nurlan Rəsulov, üçüncü pillədə isə toplam 267 kq (117+150) nəticə ilə Kənan Əliquliyev qərarlaşıblar.
 
Körpücük üzərinə son olaraq 89, 96, 102 və +109 kq çəki dərəcələrində çıxış edən kişi atletlər çıxıblar. Burada müvafiq olaraq Sənan Mirzəyev, Nailxan Nəbiyev, Əli Şükürlü və İsmayıl Qurbanov qalib adına layiq görülüblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest