Futbol üzrə İtaliya A Seriyasında 25-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, şənbə günü üç qarşılaşma baş tutub.
 
Lider "Yuventus" bu turda SPAL səfərinə yollanıb. üç qolun qeydə alındığı matç Turin təmsilçisinin qələbəsiylə yekunlaşıb.
 
Turun maraqla gözlənilən qarşılaşmasında "Milan" səfərdə "Fiorentina" ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüş heç-heçə yekunlaşıb.
 
"Bolonya" – "Udineze" matçında da qalib müəyyənləşməyib.
 
İtaliya A Seriyası
25-ci tur
21 fevral
 
Breşiya – Napoli 1:2
Qol: çanselyor, 26 – İnsinye, 50. Ruis, 54.
 
22 fevral
 
Bolonya – Udineze 1:1
Qol: Palasio, 90+2 – Okaka, 33.
 
SPAL – Yuventus 1:2
Qol: Petanya, 69-pen – Ronaldo, 39. Remzi, 60.
 
Fiorentina – Milan 1:1
Qol: Pulqar, 84-pen – Rebiç, 56.
 
23 fevral
 
15:30 Cenoa – Latsio
18:00 Atalanta – Sassuolo
18:00 Torino – Parma
18:00 Verona – Kalyari
21:00 Roma – Leççe
23:45 İnter – Sampdoriya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest