AFFA 2020-ci il "Könüllülər ili"nə həsr olunmuş futbol üzrə "Könüllülər Kuboku" təşkil edəcək. Matc.az xəbər verir ki, Aç-2020-nin Bakıda keçiriləcək 4 oyunu üçün seçilən 2020 könüllü arasında martın 7-dən start götürəcək futbol üzrə "Könüllülər Kuboku" Aç-2020 çərçivəsində təşkil olunan maraqlı idman tədbirlərindən biri olacaq.
 
"Könüllülər Kuboku"nun keçirilməsində məqsəd həm Bakının ev sahibliyi edəcəyi Aç-2020 oyunlarında iştirak edəcək könüllülər arasında sağlam həyat tərzini təbliğ etmək, həm də çempionat barədə onları ətraflı məlumatlandırmaqdır.
 
Aç-2020-də könüllü olmaq şansını qazanan hər kəs https://euro2020.affa.az/az/volunteers-cup/ keçidinə daxil olub, fərdi şəkildə qeydiyyatdan keçməlidir. Qeydiyyat üçün son tarix 2 martdı.
 
Qeyd edək ki, Bakıda könüllülərin qeydiyyat mərhələsinə 2019-cu ilin iyun ayından etibarən start verilib. 5 ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib və müraciət sayına görə Bakı şəhəri Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest