Futbol üzrə İtalaiya A Seriyasında daha bir oyun təxirə salınıb.
 
Matc.az xəbər verir ki, koronavirus təhlükəsinə görə bu gün Bakı vaxtı ilə saat 18:00-da başlamalı olan "Torino" - "Parma" görüşü də başqa günə keçirilib.
 
Qeyd edək ki, daha əvvəl eyni problem səbəbindən 3 qarşılaşma – "Verona" – "Kalyari", "Atalanta" – "Sassuolo" və "İnter" – "Sampdoriya" matçları da təxirə salınıb.
 
Hələlik oyunların yeni tarixi haqda məlumat verilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest