"Sumqayıt"ın 12 yaşlı futbolçusu Nihat Əhmədzadə Türkiyədə çıxış edəcək. Matç.az-ın qonşu ölkə mətbuatına istinadən məlumatına görə, U-12 komandasının oyunçusu "Beşiktaş"a keçib.

Bir müddət əvvəl "Mançester Yunayted"də də baxışdan keçirilən Nihat bundan sonra futbolun sirlərini "Beşiktaş"ın akademiyasında öyrənəcək. Texniki üstünlüyü ilə seçilən Əhmədzadəyə türklər "azəri Messi" ləqəbi qoşublar.

Qeyd edək ki, Nihat Əhmədzadə Sabir Əliyevin yetirməsidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest