"Barselona" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Serxi Roberto sıradan çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
Roberto bu mövsüm "Barselona" formasıyla 29 oyunda iştirak edib. O, martın 1-də keçiriləcək "Real"la matçda komandasına kömək edə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest