Bosniya və Herseqovinanın "Çelik" klubuna transfer olunan Elvin Yunuszadə çempionatın sonuncu turunda komandası ilə debüt etməməsinin səbəbi bəlli olub. Matc.az xəbər verir ki, buna səbəb, futbolçunun "oturum icazəsi" problemi yaşaması olub.

Bosniya və Herseqovinanın "çelik" klubuna transfer olunan Elvin Yunuszadə çempionatın sonuncu turunda komandası ilə debüt etməməsinin səbəbi bəlli olub. Matc.az xəbər verir ki, buna səbəb, futbolçunun bu ölkədə qeydiyyata alınmamasıdır.

Elvinlə bərabər komandaya qış fasiləsində qoşulan digər oyunçular da eyni səbəbdən "çelik"ə kömək edə bilməyiblər. Hətta baş məşqçi ümit Ozat da bu problemi yaşayıb. O, futbolçularla bərabər 20-ci turda "Zrinsiki"yə qarşı keçirilən görüşü (0:2) tribunadan izləyib. Qarşılaşmada ancaq yerli oyunçular çıxış edib.

Yunuszadənin saytımıza verdiyi məlumata görə, problemin yaxın günlərdə həll olunacağı gözlənilir. O, növbəti görüşdə oynaya biləcəyini ümid etdiyini bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest