Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının "Marafon" – "Araz" oyununun keçirilmə tarixi açıqlanıb. 

Matc.az xəbər verir ki, hakimlərin düzgün olmayan qərarı əsasında başa çatmayan XV turun qarşılaşması martın 2-də baş tutacaq. Oyun "Olimpik Star"da keçiriləcək. Matçın start fiti saat 14:00-da veriləcək.

Qeyd edək ki, keçirdiyi 15 oyunun hamısında qələbə qazanan "Araz" 1-ci, hesabında 36 xal olan "Marafon" 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest