"Arsenal" Piyer Obameyanqla müqavilə yeniləmək niyyətindədir. Matc.az xəbər verir ki, komandanın baş məşqçisi Mikel Arteta futbolçu ilə çalışmaq istədiyini bildirib.

Qabonlu futbolçu "Topçular"ın çempionlar Liqasından uzaq qalacağını düşündüyü üçün komandadan ayrılmaq istəyir. Ancaq Arteta rəhbərliyə oyunçunu mütləq heyətində görmək istədiyini söyləyib. Hazırda Obameyanqla "İnter" maraqlınır. İtaliya təmsilçisi 30 yaşlı forvardı rənglərinə bağlamaq istəyir.

Qeyd edək ki, Obameyanq cari mövsümdə Premyer Liqa  17 qol vurub. O, "bombardir"lik yarışında Ceymi Vardi ilə yarışır.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest