"Qarabağ"ın bazasında qan yaddaşımızın səhifələrindən biri Xocalı faciəsinin il dönümünə dair tədbir keçirilib. Matc.az xəbər verir ki, klubun vitse-prezidenti Tahir Gözəl Xocalı faciəsinin il dönümüylə bağlı bu gün komandayla görüşüb.

Görüş Xocalı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra vitse-prezident həm Azərbaycan, həm də ingilis dillərində 28 il bundan əvvəl baş verən Xocalı faciəsi haqda ətraflı danışıb və futbolçulara geniş məlumat verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest