"Arsenal" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Sead Kolaşinaç zədələnib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sağ çiynindən zədələnən Kolaşinaçın yaxın zamanda tibbi müayinədən keçəcəyi bildirilir.
 
İngiltərə mətbuatının xəbərinə görə, 26 yaşlı futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest