19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini yad ediblər.
 
Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, onlar bu gün Xətai rayonu ərazisində ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
 
Qeyd edək ki, U-19 hazırda Bakıda təlim-məşq toplanışındadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest