Almaniyanın əfsanəvi qapıçısı Oliver Kan "Bavariya"nın prezidenti ola bilər. Matç.az saytı xəbər verir ki, bu iddia ilə Almaniya mətbuatı çıxış edib.

Bundesliqa çempionunun hazırkı rəhbəri Uli Höness vəzifəsində qalmaq niyyətində olmadığını açıqlayıb. O, 2-3 ildən sonra ayrılmaq fikrindədi. Höness hətta yaxşı namizəd çıxacağı təqdirdə, gələn il də istefa verməyə hazır olduğunu vurğulayıb. Yerli KİV isə bu posta ən layiqli namizəd kimi Oliver Kanı görür. Sabiq qolkiper də bunun əleyhinə deyil.

Qeyd edək ki, Oliver Kan 1994-2008-ci illərdə "Bavariya"nın şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest