"Real"ın baş məşqçisi Zidan Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında evdə "Mançester Siti"yə qarşı görüşü (1:2) şərh edib. Matc.az xəbər verir ki, fransaslı mütəxəssis cavab oyunu barədə ümidlərini qoruyub:

"Real"ın baş məşqçisi Zinəddin Zidan çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti"yə uduzduqları (1:2) oyunu şərh edib. Matc.az xəbər verir ki, fransalı mütəxəssis cavab görüşü barədə ümidli danışıb:

"75 dəqiqə yaxşı oynadıq. Məğlubiyyətə görə çox məyusuq.  Ancaq qarşıda hələ cavab oyunu var. Nəticə barədə müsbət şeylər düşünməliyik. Görüşün sonları bizim üçün yaxşı keçmədi. Amma ümumən pis deyildik. İndi daha da irəli getmək istəyiriksə, səfərdə qalib gəlməliyik. Müdafiədə səhvlər oldu, ancaq bu da futbolun bir hissəsidir. çalışdığımız hər şeyi etdik. Qarşılaşmanın son 10 dəqiqəsində konsentrasiya problemi yaşadıq və bunun bədəlini məğlubiyyətlə ödədik".

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola isə qələbə qazanmalarına rəğmən, ehtiyatlı danışıb. O, hələ heç nəyin bitmədiyini bildirib:

"Qələbə qazanmağa  gəlmişdik. Bunu bacardığımız üçün sevincliyik. Ancaq hələ oyunun bir hissəsi bitib. Əgər siz hər şeyə rəğmən, meydanda mübarizəyə davam edirsinizsə  artıq komandasınız.  Qolu "Real" daha yaxşı oynayanda vurduq. Futbolda belə şeylər olur.  Bir neçə mövsüm əvvəl ¼ final mərhələsində "Liverpul"la səfər matçını xatırlayıram. İnanılmaz möhtəşəm oynasaq da, rəqibin qapıya vurduğu bütün zərbələr qol olurdu. Qələbə qazandığımız üçün çox qürurluyam. Ancaq hələ heç nə bitməyib.  Bazar günü Liqa Kubokunun finalını gözləyirik. Premyer Liqada oynamağa davam edəcəyik.  Daha sonra isə "Real"la cavab matçına hazırlaşacağıq

Qeyd edək ki, tərəflər arasında cavab görüşü martın 17-də keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest