"Vulverhempton"un hücumçusu Adam Traore balaca vaxtı cinayətkar dəstələrə qoşulmağa dəvət olunduğunu açıqlayıb. Matc.az xəbər verir ki, o, qardaşı Məhəmmədlə uşaqlığının İspaniyanın Ospitalet şəhərində keçdiyini bildirib:

"Məni çox vaxt bandalara qoşulmağı dəvət edirdilər. Qardaşıma və dominikan respublikalı dostuma da bənzər təkliflər gəlirdi. O dövrdə belə dəstənin bir hissəsi olmaq dəb idi. Ancaq fərqli düşüncə tərzlərinə sahibdik. Biz hansısa cinayətkar dəstənin bir üzvü yox, futbolçu olmaq istədik. Hər gün döyüşlər görürdük və özümüzlə vuruşmaq istəmirdik. Əlbətdə ki, bəzən davalardan qaça bilmirdik. Məktəbdə belə bandalar var idi, daim vuruşurdular. Mən onların üzərində tapança, bıçaq və kəsik şüşələr görürdüm. İndi isə sakitçilikdir və hər şey qaydasındır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest