"Arsenal"ın baş məşqçi Mikel Arteta Avroliqanın 1/16 final mərhələsində "Olimpiakos"a qarşı alınan məğlubiyyəti (1:2) şərh edib. Matc.az xəbər verir ki, o, Avropa Liqasının özləri üçün vacib olduğunu bildirib:

"Həqiqətən çox məyusuq. Bu turnirdə çox şey gördük. Avropa Liqası bizim üçün vacib idi. çalışdıq, bütün gücümüzü ancaq müdafiə olunan rəqibə qarşı sərf etdik. 10 nəfərə qarşı hücum etmək çətindir. Son beş dəqiqədə oyuna daha yaxşı nəzarət etməliydik. Futbolçularımın görüşə rahat çıxdığını düşünmürəm. Oyunun çətin keçəcəyi aydın idi. Belə bir nəticə qəddar, böyük bir xəyal qırıqlığıdır. Ancaq eyni zamanda futbolçularımla fəxr edirəm. Bəli, onların mübarizəsindən razıyam".

Qeyd edək ki, "Arsenal" səfərdə "Olimpiakos"ı 1:0 hesabı ilə məğlub etsə də, evdə rəqibinə 1:3 uduzaraq mübarizəni dayandırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest