"Liverpul"un hücumçusu Roberto Firmino karyerasını Almaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
 
Braziliyalının "Bavariya"nın transfer hədəfində olduğu bildirilir. Münhen təmsilçisi yay transfer pəncərəsində hücum xəttini yeniləmək niyyətindədir. Artıq klub rəhbərliyinin 28 yaşlı futbolçu üçün qarşı tərəfə 75 milyon avro təklif etdiyi yazılıb.
 
Qeyd edək ki, Firmino bu mövsüm komandası ilə keçirdiyi 36 matçda 10 qol vurub və 12 məhsuldar ötürmə edib edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest