"Mançester Siti"nin futbolçusu Leroy Sane meydanlara qayıdıb. Matc.az xəbər verir ki, oyunçu üzün müddətli zədənin ardından "şəhərlilər"in U23 komandası ilə çıxış edib.

24 yaşlı almaniyalı "Arsenal"a qarşı görüşə start heyətdə başlayıb və  57 dəqiqədə meydanda qalıb. Sane sonuncu dəfə avqustda "Liverpul"a qarşı keçirilən Super Kubok matçında oynamışdı. Həmin qarşılaşmada zədələnən almaniyalı cari mövsümdə heç bir oyunda iştirak etməyib.

O, yanvardan etibarən komanda ilə məşqlərə başlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest